24 İyul 2017 11:26
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı müğənni Emin Ağalarov BBC telekanalına müsahibə verib.

Teleqraf.com xəbər verir ki, jurnalist ona ABŞ Prezidenti Donald Trampın böyük oğlu ətrafında baş verən qalmaqalda adının çəkilməsi məsələsi ilə bağlı sual verib.

O, sualı belə cavablandırıb: "Trampla bağlı heç bir sual eşitmək istəmirəm. Mən artistəm və mənə bununla əlaqədar suallar verin. Vəkilimin dediyi sözlərə gəlincə, sualları ona ünvanlaya bilərsiz".

Qeyd edək ki, ABŞ mediasında Ağalarovun Trampın oğlunu rus hüquqşünas Nataliya Veselnikova ilə görüşdürdüyü və bu görüşdə rus vəkilin Trampa prezidentliyə digər namizəd Hillari Klintonla bağlı gizli sənədlər verdiyi iddia olunub.


Müəllif: Samir

Oxşar xəbərlər