Teleqraf.com xəbər verir ki, sabiq nazir Əbülfəz Elçibəyi, İsa Qəmbəri, Sülhəddin Əkbəri, habelə Aqil Səmədbəyli və digər şəxsləri hədəf alaraq ciddi tənqid edib.
Bundan az sonra hüquqşünas Aslan İsmayılov Rəhim Qazıyevin, Rəsul Quliyevin və digərlərinin xarici təsirlər səbəbindən danışdığı və fəallaşdığını iddia edib. O, əlavə edib ki, Rəhim Qazıyevin, Rəsul Quliyevin və digrələrinin fəallaşması başqa ölkələrin sifarişindən irəli gəlir.
Sülhəddin Əkbər isə Rəhim Qazıyevin onunla bağlı fikirlərini şərh edərkən bildirib ki, zamanında Rəhim Qazıyevin xarici əlaqələrini ifşa etdiyi üçün indi ondan guya qisas alır.
Hüquqşünas Qurban Məmmədov isə Rəhim Qazıyevi tənqid etdiyi üçün həmkarı Aslan İsmayılovu ciddi tənqid edib.
Müxalif cameədə müşahidə olunan durumu qiymətləndirən ADP sədri Sərdar Cəlaloğlu qeyd edib ki, bəzi siyasətçilər kənardan aktivləşdirilir: “Mənə elə gəlir ki, məqsəd aranı qarışdırmaqdır. Sanki bu iş sistemli aparılır”.
S.Cəlaloğlu xüsusilə qeyd edib ki, zamanında Rusiya Rəhim Qazıyevə dəstək verib: “Bu şəxs hətta müdafiə naziri ola bilmişdi. Bunlar bilinən məsələlərdir. İndi düşünürlər ki, bu adamlar bir iş görə bilər, ya yox. Məncə, bu proses hələ davam edəcək”.