22 İyul 2014 10:21
1 091
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanğın 5 hektaradək ərazini əhatə edib


Teleqraf.com FHN-in saytına istinadən bildirir ki, Piran kəndində (rayon mərkəzindən 35 km aralı) dağlıq meşə ərazisində yanğının söndürülməsinə Nazirliyin Aviasiya Dəstəsindən 1 helikopteri cəlb olunub.

Yanğınsöndürmə işləri davam edir.

Qeyd edək ki, bir neçə gündür davam edən yanğın yerli meşə təsərrüfatına məxsus ərazini əhatə edib.

Yanğınsöndürən maşınların hadisə yerinə qalxması mümkünsüz olduğundan yanğının söndürülməsi işinə traktorlar və digər ağır texniki vasitələrlə yanaşı, yerli qurumların əməkdaşları və sakinlər cəlb olunublar.

Yanğının əhatə dairəsinin genişlənməməsi üçün iri çalalar qazılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, yanğın bələdiyyə ərazisində başlayıb, sonradan yüksək dağlıq meşə fondu torpağına keçib.

O, yanğının 5 hektaradək ərazini əhatə etdiyini qeyd edib, hazırda yanğının söndürülməsi üçün lazımi tədbirlərin görüldüyünü deyib.


Müəllif: