31 İyul 2017 18:38
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Baş prokuroru Zakir Qaralov ermənilərin Azərbaycanın dins sakinlərinə qarşı törətdiyi cinayət hadisələrindən danışıb.

Teleqraf.com xəbər verir ki, Baş Prokurorluqda keçirilən geniş əməliyyat müşavirəsində çıxış edən Baş prokuror Zakir Qaralov Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini və beynəlxalq humanitar hüququn normalarını kobud şəkildə pozduğunu bildirib.

Onun sözlərinə görə, bu il iyulun 4-də erməni silahlılarının Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndini ağır artilleriya qurğularından atəşə tutması nəticəsində kənd sakinləri - 51 yaşlı Sahibə Allahverdiyeva və onun 1 yaşlı nəvəsinin həlak olması, digər mülki şəxs 52 yaşlı Səlminaz Quliyevanın ağır bədən xəsarətlər alması, eləcə də vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi faktlarına görə Füzuli rayon prokurorluqlarında dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq təxirəsalınmaz istintaq hərəkətlərinin yerinə yetirilməsi üçün istintaq-əməliyyat qrupu yaradılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər