Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı ABŞ-ın vitse-prezidenti Mayk Pens məlumat verib:
"Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı qərarı imzalayıb. Biz sanksiyaların ləğvinin tərəfdarıyıq. Qadağalar ancaq Rusiyanın öhdəliklərini yerinə yetirməsindən sonra aradan qaldırıla bilər. Lakin Moskvanın son diplomatik addımları əksini söyləyir".
Qeyd edək ki, qərar layihəsi ötən həftə ABŞ Senatı tərəfindən təsdiqlənib. Layihə Moskvanın etirazına səbəb olub. Rusiya sentyabrın 1-dən amerikalı diplomatları ölkədən çıxaracağı ilə bağlı Vaşinqtonu xəbərdar edib.