22 İyul 2014 11:44
1 400
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Pasportumu qarşıma zibil kimi tulladı”

ANS telekanalının aparıcısı Aytən Səfərova İran sərhədçiləri ilə insident yaşayıb.

Teleqraf.com xəbər verir ki, A.Səfərova İran sərhəddindən Azərbaycana keçərkən sərhədçilər etinasızlıqla onun pasportunu üstünə tullayıb.

O, bu barədə Facebook sosial şəbəkəsində yazıb: “İranlıların, farsların hörmətsizliyi neçə gündür ki, əsəb sistemimi sakit buraxmır. Sərhəddə pasportu başında 3 kilo jele olan, alnından tər, sifətindən zəhrimar yağan bir sərhədçiyə vermişəm. O da pasportumu götürüb möhürü vurdu və əvvəlkilərdə olduğu kimi mənim də pasportumu qarşıma zibil kimi tulladı. Mən də sifətinə baxıb “zibil” deyib pasportu götürdüm, üzərindəki gerbimizi öpdüm, nifrətlə baxıb uzaqlaşdım. Çaşmışdı... Amma heç nə demədi.

Biz tərəfə keçəndə öz sərhədçilərimiz və gömrükçülərimizi görüb sevindim. Soruşanda ki, siz də İran pasportlarını tullayırsınız? Dedilər ki, bizdə belə “mədəniyyət” yoxdur. Bizim sərhədçilərimizə və İranla sərhəddəki Biləsuvar Gömrük Postundakılarımızın hamısına əhsən. Fəxr edirəm!”

Kəmalə


Müəllif: