22 İyul 2014 11:56
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası (AŞ) Nazirlər Komitəsinin sədri Elmar Məmmədyarov Malayziyaya məxsus sərnişin təyyarəsinin Ukraynada qəzaya uğraması ilə bağlı bəyanat verib.

Teleqraf.com xəbər verir ki, Avropa Şurasının mətbuat xidmətinin yaydığı məlumata görə, E.Məmmədyarov baş vermiş hadisədən şoka düşdüyünü bildirib.

Qəza nəticəsində ölən şəxslərin ailələrinə başsağlığı verən AŞ Nazirlər Komitəsinin sədri cəsədlərin təhvil verilməsi ilə məşğul olan şəxsləri prosesin sürətləndirilməsi üçün səylər göstəməyi çağırıb. “Mən bu faciənin hərtərəfli, müstəqil və şəffaf araşdırılması ilə bağlı müraciətlərə qoşuluram”, - deyə bəyanatda vurğulanıb.

Səxavət


Müəllif: