7 Avqust 2017 22:08
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin şimal-qərb bölgəsinə səfəri bir daha göstərdi ki, regionların inkişafı hər zaman dövlət başçısının diqqətindədir.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirli dövlət başçısı İlham Əliyevin sədrliyi ilə Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi barədə danışarkən deyib.

Deputat vurğulayıb ki, dövlət başçısının bildirdiyi kimi 2004-cü ildən indiyə qədər bölgələrdə müşahidə edilən inkişaf tarixi nailiyyətdir: “Azərbaycanda heç vaxt qısa zaman ərzində bu qədər iş görülməyib. Xüsusilə ,infrastruktur layihələrinin reallaşdırılması, ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər hər zaman dövlət başçısının diqqət mərkəzində olub və həmin siyasətin sayəsində ölkəmizdə son 6 ay ərzində iqtisadiyyatda 1,7 faiz artım qeydə alınıb, qeyri-neft sektorunda 4,4 faiz, kənd təsərrüfatı sahəsində 2 faiz artım mövcuddur.

Ən mühüm məsələlərdən biri heç şübhəsiz ki, ixrac potensialımızın genişləndirilməsi, idxaldan asılılığın azaldılması ilə bağlıdır. Məhz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində ölkəmizin ixracatında son 6 ay ərzində 36 faizlik artım qeydə alınıb və xüsusilə qeyri-neft ixracatında 27 faiz artım var, idxaldan asılılıq isə 15 faiz azalıb.

Sadalanan rəqəmlər bir daha onu göstərir ki, yürüdülən siyasət düşünülmüş, məqsədyönlü siyasətdir və bu siyasət regionlarımızın yüksək inkişafını təmin edəcək”.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət sayəsində bu gün Azərbaycanın regionlarında yol infrastrukturu yenilənib, su, qaz və elektrik enerjisi təminatı xeyli yaxşılaşdırılıb: “Bütün bunlar təbii ki, regionların inkişafına olan diqqətin birbaşa ifadəsidir”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər