22 İyul 2014 14:22
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail ordusunun açdığı top atəşi Qəzzadakı Əl Əqsa xəstəxanasına düşüb.

Alınan məlumata görə, bu barədə Fələstin Daxili İşlər Nazirliyindən məlumat yayılıb. Bildirilib ki, xəstəxanın vurulması nəticəsində 5 nəfər ölüb.

Qəzzada Fələstin Səhiyyə Nazirliyinin sabiq sözçüsü Eşref əl Kudra xəstəxanın bombardman edildiyini söyləyib. Əl Kudra İsrail ordusunun inzibati binaları hədəf aldığını açıqlayıb. İsrail ordusunun daha əvvəl də Vəfa və Beyt Hanun xəstəxanalarını hədəf aldığını xatırladan Kudra bunun "müharibə cinayəti" olduğunu bildirib.

Rəsmi şəxslərin şərhlərində xəstəxananın vurulması nəticəsində 30-u tibb işçisi olmaqla 60 nəfərin yaralandığı bildirilib.

Qeyd edək ki, Qəzzadakı hərbi əməliyyatlar nəticəsində ölən fələstinlilərin sayı 600-ə yaxındır.

/ans press/


Müəllif: