8 Avqust 2017 11:50
1 861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Surət Hüseynovu şəxsən tanımırdım. Amma bilirdim ki, Yevlaxda Yun Zavodunun direktorudur. Bir gün rəhmətlik daxili işlər naziri Məhəmməd Əsədov mənə zəng edərək bildirdi ki, Yevlaxda Yun Zavoduna ciddi nöqsanlar, çatışmamazlıqlar var. Cinayət işi açmaq istəyirik.

Bu fikirləri Teleqraf.com-a Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov müsahibəsi zamanı deyib.

Mütəllibov fikirlərini davam etdirərək bildirib ki, daxili işlər naziri Məhəmməd Əsədova əgər nöqsan, yeyinti və cinayət tərkibli fəaliyyət varsa, cinayət işi açmağı tapşırıb:

“Əsədova dedim ki, buna görə, niyə mənə zəng edirsiniz? Əgər fakt və əsas varsa, cinayət işi açın. Bu sizin səlahiyyətinizdə olan məsələdir. Bildiyim qədərilə cinayət işi açıldı. Buna görə də, Surət Hüseynov məndən incik qaldı”.

Ayaz Mütəllibovla müsahibəni bu gün oxuculara təqdim edəcəyik.


Müəllif: Cavad