22 İyul 2014 18:59
1 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev “M.A.Bağırova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında” sərəncam imzalayıb.

Teleqraf.com bildirir ki, sərəncama əsasən, Azərbaycanın ictimai həyatında səmərəli fəaliyyətinə görə Musa Ağabəy oğlu Bağırova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, Musa Bağırov tədqiqatçı jurnalistdir.

/qafqazinfo/


Müəllif: