21 Avqust 2017 19:39
3 359
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pauerliftinq (güc üçnövçülüyü) üzrə 120 kiloqram çəki dərəcəsində dünya və Avropa çempionu Andrey Draçevin Xabarovskda küçə davasında döyülərək öldürülməsinin şahidi olan ruslar mətb uata açıqlamalarında hər şeyin təsadüfən baş verdiyini bildiriblər.

Teleqraf.com xəbər verir ki, şahidlər bildiriblər ki, hadisə Xabarovsk şəhərindəki "Qalereya" kafesində, yerli vaxtla səhər saat 07.00 radələrində qeydə alınıb. Şahidlərin sözlərinə görə, Andrey Draçev və Anar Allahverənov təkbətək döyüş növlərinin, yoxsa fitnes zallarda idmanla məşğul olmağın üstünlüyü barədə mübahisə ediblər. Mübahisə davaya çevrilib, dünya çempionu azərbaycanlıya mübahisəni rinqdə davam etdirməyi təklif edib, Anar Allahverənov isə söhbəti küçədə davam etdirməyə çağırıb. Küçəyə çıxan tərəflər arasında davam düşüb, azərbaycanlı daha çevik tərpənərək Draçevə ağır zərbələr endirib.

Başqa bir şahid isə bildirib ki, Draçev əvvəlcə başqa adamın əvəzinə söhbətə girişib, daha sonra isə konfliktdən qaçmağa çalışıb.

«Andrey bir qədər aralıda bir nəfərin milliyətcə rus olan oğlanı "brasok"la yerə atdığı gördü. Bu ona toxundu. O, mənimlə yanaşı dayandı, mənsə irəli getdim", -şahidlərdən biri deyib.

Onun sözlərinə görə, konflikt əvvəlcə şifahi xarakteri daşıyıb: "Onlaran biri üzr istədi, hazırda axtarışda olan şəxs isə lap əvvəldən özünü aqressiv aparırdı"

Qeyd edək ki, Draçevin ölümündə milliyətcə azərbaycanlı idmançı Anar Allahverənov şübhəli bilinir.
Anar Alax Ziranov kimi axtarılır. 1992-ci ildə Amurskda doğulan Anarın əsl adı və soyadı isə Allahverənov Anar Əliyar oğludur. O, "odnoklassniki" və "vkontakte" sosial şəbəkələrində bu adla qeydiyyatdan keçib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər