24 Avqust 2017 12:15
1 322
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA-nın pley-off mərhələsində “Qarabağ”ın tarixi qələbəsi dünya mediasının da diqqətini çəkib.

Teleqraf.com-un məlumatına görə, “Qarabağ” klubunun Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsini qardaş Türkiyə mediası xüsusi işıqlandırıb.

Qurban Qurbanovun yetirmələri “Kopenhagen”ə 2:1 hesabı ilə məğlub olsalar da da, Bakıda qələbə qazandıqları üçün klub Çempionlar Liqasının qrup mərhələsinə adlayıb.

Türkiyənin məşhur idman kanalı “NTV spor” “Qarabağ”ın qələbəsindən belə söz açıb: “”Qarabağ” Danimarkada məğlub olsa da, adını qrup mərhələsinə yazdıran ilk azəri komandası olub. Təbrik edirik, “Qarabağ”ı. Təbriklər!”

CNN Türk qələbə xəbərini “Azərbaycan komandası “Qarabağ” ilkə imza atdı”, Anadolu agentliyi “”Qarabağ” Çempionlar Liqasının qruplarında mübarizə aparacaq”, “Milliyət” qəzeti “”Qarabağ” Divlər Liqasında” başlığı ilə tirajlayıb.

Türkiyə klublarında da dəstək mesajları gəlib. “Beşiktaş” futbol klubunun rəsmi feysbuk səhifəsi “Qarabağ”ın fotoşəklini paylaşaraq “Danimarka komandası Kopenhageni ələyən “Qarabağ”ı təbrik edirik. Salam olsun, azərbaycanlı beşiktaşlılar...” sözlərini qeyd edib.

Türkiyənin “Qalatasaray” idman klubunun İdarə Heyətinin üzvü Ural Aküzüm Çempionlar Liqasına vəsiqə qazanan “Qarabağ”la bağlı yazıb: “Baba yurdumun komandası “Qarabağ Ağdam”la qürur duyduq. Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək Azərbaycan üçün bir ilkdir! Qurban Qurbanov və yetirmələrinə uğurlar diləyirəm”.

“İstanbul Başakşehir” komandası klubumuzu belə təbrik edib: “Bu mövsüm Çempionlar Liqasında iki türk komandası yer alacaq. Təbriklər, Qarabağ!”

Türk mediası ilə yanaşı Rusiya KİV-ləri də “Qarabağ”ın qələbəsinə yer ayırıb. Dünən axşam saatlarından etibarən “Futbol 1” kanalı “Qarabağ”ın son oyunundan epizodları efirə verib və komandanın qrup mərhələsinə düşməsini “böyük uğur” adlandırıb.

Avropanın bir çox ölkələrrinin media quruluşları da “Qarabağ”ın uğurunu işıqlandırıb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər