Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün “Qarabağ” futbol klubunun heyətini qəbul edib.
Teleqraf.com xəbər verir ki, klubun prezidenti Tahir Gözəl klub adından ölkə başçısına xatirə hədiyyəsi təqdim edib.
Prezidentə “Qarabağ”ın 10 nömrəli forması, eləcə də, üzərində futbolçuların imzası olan top hədiyyə olunub.
Qeyd edək ki, ölkə başçısı 3 il əvvəl də “Qarabağ”ın heyətini qəbul etmişdi. Həmin görüşdə də dövlət başçısına 10 nömrəli forma hədiyyə olunmuşdu.