25 Avqust 2017 12:08
1 414
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni KİV-ləri Azərbayaca qarşı təxribatdan əl çəkməli olub.

Teleqraf.com-un məlumatına görə, Ermənistanın tanınmış idman saytları UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” klubunun “Kopenhagen”lə qarşılaşması barədə tirajladıqları xəbərdə komandamızın hansı ölkəyə məxsus olduğunu qeyd etməmişdi. Bir qrup saytlar isə “Kopenhagen” klubunun Danimarkaya məxsus olduğunu yazdığı halda “Qarabağ”ı “Qarabağ-Ağdam” kimi təqdim eləmişdi.

Dünən Çempionlar Liqasının qrup mərhələsinin püşkatması mərasimi barədə yayılan xəbərlərdə isə ermənilər “Qarabağ”ı Azərbaycan komandası kimi təqdim etməyə məcbur olublar.

Ermənistanın ən populyar sport.news.am, armenpress.am kimi saytlar C qrupunda yer alan bütün klubları təmsil etdikləri ölkə üzrə sıralamalı olub: “Çelsi” (İngiltərə), “Atletiko” (İspaniya), “Roma” (İtaliya), “Qarabağ” (Azərbaycan).


Müəllif: Nərgiz

Oxşar xəbərlər