Azərbaycanın “Qarabağ” futbol klubunun Danimarkanın paytaxtı Kopenhagen şəhərində eyniadlı klubla UEFA Çempionlar Liqasının pley-off mərhəlində ümumi qələbə qazanaraq qrup mərhələsinə yüksəlməsi bütün dünyada böyük-əks səda doğurub.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin dünən Ağdamın “Qarabağ” futbol klubunun heyəti ilə görüş zamanı səsləndiyi bu fikir tamamilə öz təsdiqini tapır:
““Qarabağ” komandası Qarabağın adını daşıyır, işğal altında olan Ağdam şəhərini təmsil edir, ona görə sizin qələbənizin çox böyük əhəmiyyəti, mənası var. Bu əlbəttə ki, ölkəmizin təbliğində çox önəmli hadisədir”.
Deputat bildirib ki, internetdəki vikipediya virtual ensiklopediyasındakı araşdırma bunu bira daha sübut edir.
Aydın Mirzəzadə “Qarabağ” futbol klubu haqqında müxtəlif dillərdə avqustun 22, 23 və 24-də oxunuş sayının statistikasını təqdim edib:
İspan dilində 180, 4.532 və 12.407 dəfə
Fransız dilində 131, 1.586 və 3.802
Rus dilində 711, 4.725 və 11.164
İtalyan dilində 238, 3.460 və 15.145
Portuqal dilində 98, 990 və 2.170
Erməni dilində 0, 11 və 48 dəfə
“Qarabağ” məqaləsinin müxtəlif dillərdə avqustun 22, 23 və 24-də aşağıdakı sayda oxunuşu olub:
İngilis dilində 90, 330 və 1.302 dəfə
Ispan dilində 5, 32 və 90
Fransız dilində 7, 18 və 45
Rus dilində 196, 867 və 1.406
İtalyan dilində 1, 8 və 25
Portuqal dilində 1, 5 və 7
Erməni dilində 1, 1 və 4 dəfə
“Qarabağ münaqişəsi” məqaləsinin (bəzi dillərdə məqalə “Qarabağ müharibəsi” kimi gedir) müxtəlif dillərdə avqustun 22, 23 və 24-də aşağıdakı sayda oxunuşu olub:
İngilis dilində 578, 1.045 və 1.708 dəfə
İspan dilində 80, 532 və 933
Fransız dilində 379, 94 və 174
Rus dilində 498, 634 və 768
İtalyan dilində 58, 329 və 1.282
Portuqal dilində 23, 26 və 99
Erməni dilində 22, 32 və 22 dəfə
“Azərbaycan” məqaləsini müxtəlif dillərdə avqustun 22, 23 və 24-də aşağıdakı sayda oxuyan olub:
İngilis dilində 5.184, 6.933 və 9.676 dəfə
İspan dilində 699, 1.723 və 3.522
Fransız dilində 493, 667 və 1147
Rus dilində 2.208, 2.316 və 2.446
Italyan dilində 420, 959 və 3.329
Portuqal dilində 188, 530 və 735
Erməni dilində 22, 13 və 41 dəfə
“Ağdam” məqaləsinin müxtəlif dillərdə avqustun 22, 23 və 24-də aşağıdakı sayda oxunuşu olub:
İngilis dilində 130, 2.219 və 4.052 dəfə
İspan dilində 11, 437 və 871
Fransız dilində 29,291 və 578
Rus dilində 67, 618 və 1.316
İtalyan dilində 28, 1.175 və 5.295
Portuqal dilində - məqalə yoxdur
Erməni dilində 2, 12 və 17 dəfə.