Müğənni Nazim Pişyari özünün müalicə həkimi, “Elmed” tibb mərkəzinin doktoru Elman Əzizovdan şikayəti barədə bizə heç bir məlumat verməyib.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib.
O, bildirib ki, Səhiyyə Nazirliyinə müraciət edilsəydi, araşdırma aparılardı: “Nazim Pişyari onu səhv müalicə edən həkim Elman Əzizovla bağlı nazirliyə müraciət etsə, araşdırma-təhqiqat işləri başladıla bilər. Bizdə olan məlumata görə, Nazim bəy yalnız prokurorluğa müraciət edib. Onlar bu məsələni araşdırırlar. Əgər prokurorluq Səhiyyə Nazirliyinə müraciət etsə, həmin həkimlə bağlı biz də araşdırma aparacağıq”.
Xatırladaq ki, 2 gün öncə Faytonçu Nazim kimi tanınan müğənni Nazim Pişyari Teleqraf.com-a həkim Elman Əzizovun onu səhv müalicə etməsi və ona 62 min dollar civarında maddi ziyan vurması ilə bağlı prokurorluğa müraciət etdiyini açıqlayıb.