23 İyul 2014 16:19
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə hazırda ABŞ-da yaşayan ictimai-dini xadim Fətullah Gülənin tərəfdarlarına qarşı əməliyyat çərçivəsində saxlanılanların sayı artıq 103 nəfərə çatıb.

Məlumata görə, saxlanılanlar arasında İstanbul polisinin sabiq rəisi Erkan Erçıktı da var.

İyulun 22-dən Türkiyənin güc strukturlarında Gülən hərəkatının tərəfdarlarının kadr təmizləməsi aparılır. Kadr təmizləmələri ölkənin 25 dairəsindəki güc strukturlarında həyata keçirilir.

Saxlanılanlar arasında Türkiyə kəşfiyyatının İstanbul şöbəsinin sabiq rəisi Əli Fuad Yılmazer də var.

/trend/


Müəllif: