23 İyul 2014 16:28
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kür çayında 21 yaşlı gənc batıb.

Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verilir ki, Kür çayının Salyan rayonu, Kür Qaraqaşlı kəndi ərazisindən keçən hissəsində ("Salyan" sularda xilasetmə məntəqəsindən təxminən 4 km məsafədə, nəzarət olunmayan ərazidə) 1993-cü il təvəllüdlü Ağasəlim Taleh oğlu Səlimov batıb.

Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb.

/trend/


Müəllif: