29 Avqust 2017 10:40
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ilin noyabrın 5-də və 26-da Nardaran qəsəbəsində baş verən hadisələrlə bağlı həbs edilən daha iki nəfər - Əbülfəz Bünyatov və Elxan İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən və hazırda zamində olan Əbülfəz Bünyatovun məhkəməyə gəlmədiyi elan olunub.

Bu səbəbdən məhkəmə iclası sentyabrın 5-dək təxirə salınıb.

Məlumat üçün bildirək ki, bu gün keçirilməsi nəzərdə tutulan prosesdə məhkəmə istintaqının başlanacaqdı.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər