23 İyul 2014 17:50
1 254
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kəlbəcər rayonu ərazisində erməni hərbi birləşmələrinin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyev separatçı Dağlıq Qarabağ rejiminin onlara qarşı açdığı qondarma “ittihamlar”la tanış olublar.

Bu barədə Dağlıq Qarabağdakı separatçı qurumun “baş prokurorluğu” məlumat yayıb. Məlumata görə, girovluqda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevə “casusluq” maddəsi ilə cinayət işi açılıb.

Bununla yanaşı, azərbaycanlılara qarşı başqa “maddələr”lə də ittiham irəli sürülüb. Separatçı rejim Dilqəm Əsgərov və Şahbaz Quliyevə “casusluq”la yanaşı, “qanunsuz olaraq Dağlıq Qarabağ “sərhədlərinə” daxil olmaq”, “qanunsuz olaraq silah-sursat daşımaq” , “həddi buluğa çatmamış şəxsin əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən öldürülməsi”, “adam oğurluğu”, “adam öldürməyə cəhd” kimi qondarma maddələri ilə saxta ittihamlar irəli sürülüb.

Qeyd edək ki, bir müddət öndə Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda erməni silahlı dəstələri tərəfindən girov götürülüb. Ermənistan rəsmi dairələri onlarla birlikdə Kəlbəcərə gedən Cəbrayıl rayon sakini Həsən Həsənovun isə erməni hərbi birləşmələri tərəfindən öldürüldüyünü bəyan edib.

/modern.az/


Müəllif: