23 İyul 2014 20:38
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın cənub-şərq regionunda iki SU-25 qırıcı təyyarəsi vurulub.

Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya mərkəzinin rəhbəri Andrey Lısenko məlumat verib.

Məlumatda qeyd edilir ki, qırıcı təyyarələr Ukraynanın şərqində yerləşən Dmitrovka məntəqəsində vurularaq yerə salınıb. Təyyarələrin ruspərəst separatçılar tərəfindən vurulduğu iddia edilir.

modern.az


Müəllif: