Qətlə yetirilmiş tele-aparıcı Vətən Şaşmaza aid video-görüntülərinin yayılmasında polisin əli varmış.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə yerinə gəlmiş polis həyat yoldaşını vəzifə başında olduğuna inandırmaq üçün ona video-görüntüləri göndərib.
Polisin həyat yoldaşı isə qohumları ilə yaratdığı Vatsap qrupunda paylaşdıqdan sonra görüntülər sürətlə yayılmağa başlayıb.Günahkar hüquq-mühafizə işçisi İstanbulun Beşikdaş rayon polis idarəsinin əməkdaşıdır. O, polis sistemindən xaric olunub.
Eyni zamanda görüntülərin mediaya sızmasının da təfərrüatları məlum olub.
İddialara görə, polisin həyat yoldaşı videoları Vatsap qrupuna yükləyəndən sonra onun qardaşı görüntüləri sevgilisinə göndərib. Qadın isə onları medaya satmağa başlayıb.
Xatırladaq ki, avqustun 27-də İstanbulun Beşikdaş rayonu ərazisindəki məşhur otellərdən birində tanınmış teleaparıcı Vətən Şaşmazın və onun sevgilisi Filiz Ağərin cəsədi tapılıb. Şaşmaz keçmiş sevgilisi, model Filiz tərəfindən belindən güllələnərək öldürülüb. Daha sonra model öz başına atəş açaraq intihar edib.