3 Sentyabr 2017 17:14
1 617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı-aktyor Vətən Şaşmazın ölümü ətrafında dolaşan sirli söz-söhbətlər səngimək bilmir.

Teleqraf.com xəbər verir ki, mərhum aktyoru öldürən keçmiş sevgilisi, model Filiz Ağərin yaxın rəfiqəsi Sevilay Öztürk yeni açıqlamaları ilə hamını təəccübləndirib.

Belə ki, o, cütlük arasında böyük sevgi olmadığını, Filizin sadəcə ondan uşaq istədiyini deyib:

"Onlar arasında sevgi yox idi, qısamüddətli əlaqələri olub. Filiz "Yaşım keçir" deyib Vətəndən uşaq istədi, o isə aralarındakı yaş fərqinə görə bu istəyi rədd etdi. Bunlar bir qadının heç vaxt eşitmək istəmədiyi sözlər idi. Filiz 2 dəfə intihara cəhd etdi. Sevgiyə görə bunu etməz. Səbəb ana olmaq arzusu idi.

Amma mövzunun pul olub-olmadığını da bilmirəm. O, həyatı, musiqini sevən bir qadın idi. Özünü çox yalnız hiss edirdi. Filiz çox seçici bir qadın idi. Hər kəslə tanış olmazdı. Vətən o vaxtlar subay idi".

Bu intihardan təəccüblənmədiyini deyən Sevilay Öztürk rəfiqəsinin bu addımı atacağını bildiyini deyib:

"Filiz 20 illik dostum idi. Onun kimi insan tapmaq çətindir. Roman qəhrəmanları kimi idi. Amma çox yalnız idi və bu dünyada yaşayacaq bir şeyi qalmamışdı. Həm maddi, həm mənəvi cəhətdən bitmişdi. Ona görə də ölmək istədi. Filizin anasının atası tərəfindən öldürüldüyünü bir il öncə eşitdim, amma onunla aramızda bu haqda söhbət olmamışdı. Çünki Filiz ailəsi haqqında danışmağı sevməzdi. Şaşmazı nə üçün öldürdüyünü dəqiq deyə bilmərəm, amma həyatda heç bir məqsədi qalmamış, tükənmiş bir qadın idi. Bəlkə də böyük finala getmək istədi. Vətən olmasaydı, bəlkə də ölümü belə təntənəli olmayacaqdı. Yəqin ki, özü səs-küy salaraq ölmək istədi. Zatən həmişə deyirdi: Elə bir hərəkət edəcəyəm ki, bütün dünya məndən danışacaq".


Müəllif: Könül

Oxşar xəbərlər