24 İyul 2014 10:05
1 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mer bu tələbini iyulun 23-də “Radio 1” radiosstansiyasına müsahibəsi zamanı dilə gətirib

Malayziyaya məxsus “Boeing-777” sərnişin təyyarəsinin Ukrayna səmasında rusiyapərəst qüvvələr tərəfindən vurulması nəticəsində 190 Hollandiya vətəndaşının həlak olması bu Avropa ölkəsində kəskin hiddət hissi doğurub.

Hollandiyada Rusiyaya münasibət kəskin dəyişib. Hollandiya şəhərlərindən birinin meri isə daha da irəli gedərək Rusiya prezidenti Vladimir Putinin qızını Hollandiyadan qovmağa çağırıb.

Söhbət Mariya Putinadan gedir. Nəşrin yazdığına görə, deportasiya olunması tələb edilən Mariya Putina Hollandiya təbələsi olan sevgilisi ilə Vorsxoten şəhərində yaşayır.

Putinin qızını ölkədən qovmaq tələbi ilə isə Hilversum şəhərinin meri Piter Broertesdir. Mer bu tələbini iyulun 23-də “Radio 1” radiosstansiyasına müsahibəsi zamanı dilə gətirib.

/Virtualaz.org/


Müəllif: