5 Sentyabr 2017 20:28
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Aİ-98 super" markalı benzinin qiymətlərindəki artım iqtisadiyyatın heç bir sahəsinə təsir göstərməyəcək.

Bunu Teleqraf.com-a Tarif (Qiymət) Şurasından deyiblər.

Şura bildirir ki, Azərbaycanda bu növ benzinin istehlakı minimal səviyyədədir: "Bu benzin bəzi "lüks" klass avtomobillərdə istifadə edilir. Ona görə də, "Aİ-98" benzininin bahalaşmasının qiymətlərə təsiri barədə danışmaq qeyri-ciddidir".

Tarif (Qiymət) Şurası həmçinin qeyd edir ki, bu benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir: "Bu marka benzin Azərbaycana gətirilir, ona görə qiymətlər dövlət tərəfindən tənzimlənmir".

Qeyd edək ki, bu gün "Aİ-98 super" benzininin litri 1,2 manatdan 1,3 manata bahalaşıb.

Qiymət artımına səbəb bu benzinin Azərbaycan gətirildiyi ölkədə, yəni Rumıniyada bahalaşması göstərilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər