24 İyul 2014 10:53
990
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda döyülmə hadisəsi baş verib.

Nəsimi Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Süleyman Rüstəm küçəsi ilə Şamil Əzizbəyov küçəsinin kəsişməsində qeydə alınıb.

“Azəriqaz” İB-nin əməkdaşı Asif Arazxan oğlu Camalov naməlum şəxs tərəfindən döyülüb. A. Camalov bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

/APA/


Müəllif: