24 İyul 2014 10:57

Türkiyənin Xarici İşlər Nazirliyi Liviyadakı qeyri-sabit vəziyyətlə əlaqədar öz ölkəsinin vətəndaşlarını Liviyanı tərk etməyə çağırıb.

Bu barədə Türkiyənin "Milliyyət" qəzetinə istinadən xəbər yayıb.

Bundan əlavə, XİN türkiyəli vətəndaşları Liviyaya səfər etməkdən çəkinməyə çağırıb.

2011-ci ildə Liviya lideri Müəmmər Qəddafinin devrilməsindən sonra ordu ilə Benqaziyə nəzarət edən hərbiləşdirilmiş qruplaşmalar arasında toqquşmalar demək olar ki, hər gün baş verir.

Benqazidə silahlı qruplaşmalarla hökumət qoşunları arasında ilk silahlı toqquşma bu ilin yazında baş verib.

/trend/


Müəllif:
Загрузка...