Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə patriarx Kirilli Bakıdakı erməni kilsəsinə baş çəkməyə dəvət edib.
Teleqraf.com xəbər verir ki, Moskvada Azərbaycan, Ermənistan və Rusiya dini liderlərinin görüşündə Şeyxülislam Bakıda erməni kilsəsinin durumu barədə Patriarx Kirillə məlumat verib.
Hacı Allahşükür Paşazadə bildirib ki, 2019-cu ilin avqustunda MDB dinlərarası Şurasının iclası keçiriləcək: "Çox istərdim ki, Patriarx Kirill həzrətləri Bakıda olan zaman erməni kilsəsinə baş çəksin, oradakı vəziyyətlə tanış olsun".
Şeyx Kirilli Bakıdakı erməni kilsəsinə dəvət etdi