Azərbaycan Prezidenti İlham Əliyev İosif Davıdoviç Kobzonu fəxri diplomla təltif edib.
Teleqraf.com-un məlumatına görə, dövlət başçısı İ.D.Kobzonun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla deyilir: "Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin inkişafında böyük xidmətlərinə görə İosif Davıdoviç Kobzon “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin".
Qeyd edək ki, sovet və rus estradasının tanınmış nümayəndəsi olan İosif Kobzon 11 sentyabr 1937-ci ildə doğulub. Rusiya Dövlət Dumasının deputatıdır.