24 İyul 2014 13:13
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan futbol oynayacaq.



Məlumata görə, baş nazir bir müsabiqə çərçivəsində təxminən 30 dəqiqə meydanda tər tökəcək. Baş nazir və Türkiyənin tanınmış futbol adamları "Başakşehir" klubunun meydançasının açılış mərasimində iştirak edəcək.



Mərasimi tanınmış prodüsser Acun Ilıcalı təşkil edəcək. Futbol ictimaiyyətini bir araya gətirəcək mərasimdə futbol tarixinə imza atmış futbolçular ilə Türkiyə Super Liqasında oynayan futbolçular qarşılacaq.



Ərdoğan da futbolçularla birlikdə meydançaya çıxaraq qələbə üçün mübarizə aparacaq. Matç 15 dəqiqəlik iki hissədən ibarət olacaq. Hər komandada 6 oyunçu olacaq.


Matçda veteran futbolçulardan Fatih Terim, Tanju Çolak, Rıdvan Dilmen yer alacaq. Oyunu Cüneyt Çakırın idarə edəcəyi gözlənilir.

/ans press/


Müəllif: