11 Sentyabr 2017 15:20
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin işi ilə əlaqədar Sizə müraciətə biz də imza atmışdıq.

Teleqraf.com xəbər verir ki, bu fikirlər Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın, birliyin katibi Çingiz Abdullayevin, Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin bu gün Prezident İlham Əliyevə ünvanladıqları müraciətdə öz əksini tapıb.

Müraciətdə daha sonra deyilir:

“Bizim heç birimiz Mehman Əliyevlə şəxsən tanış deyilik və onun fəaliyyəti ilə bağlı geniş məlumatımız yoxdur. Amma bir qələm əhlinə qarşı qanun və ədalət çərçivəsində hərəkət edilməsi üçün sizdən işi nəzarət altına almağınızı xahiş etmişdik. Bunun ölkəmizin beynəlxalq nüfuzu üçün də əhəmiyyətli olduğunu düşünürdük. Təbii ki, biz Sizə inanırdıq və atdığınız müdrik və ədalətli addım bunu bir daha təsdiq etdi.

Buna görə sizə ürəkdən təşəkkür edirik və bildiririk ki, həmişə olduğu kimi Azərbaycan ziyalıları dövlətimizin və şəxsən Sizin siyasətinizi dəstəkləyir”.


Müəllif: Səxavət

Oxşar xəbərlər