14 Sentyabr 2017 14:59
2 190
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lütfi Zadənin nəşinin Azərbaycana gətirilməsi barədə dəqiq məlumatı morqdan ya bu gün, yaxud sabah alacağam. Dünən Bakıya qayıtmışam, ölüm haqqında şəhadətnamə, digər rəsmi sənədlər məndədir, alimin nəşinin Azərbaycana gətirilməsi yəqin sentyabrın 16-17-si alınmayacaq, çox güman prosedur bir-iki gün ləngiyəcək.

Bu sözləri Teleqraf.com-a açıqlamasında dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin ailə dostu, Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova deyib.

Vərəsə məktubunun onda olduğunu deyən Şahnaz Şahbazova bildirib ki, nəşin təyyarəyə çatdırılma proseduru yerinə yetirilən kimi ona məlumat veriləcək:

“Lütfi Zadənin dəfni ilə bağlı prosedurla Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məşğul olacaq. Nəşin yuyulması, cənazə namazının qılınması Heydər məscidində həyata keçiriləcək, Azərbaycan Milli Elmlər Akademiyasında vida mərasimi baş tutacaq və Lütfi Zadə I Fəxri Xiyabanda dəfn olunacaq”.


Müəllif: Nərgiz