24 İyul 2014 18:33
2 253

İsrail və Qəzzada münaqişə davam etdiyi halda, dünyanın müxtəlif yerlərində yaşayan yəhudi və ərəblər birləşərək, “Jews and Arabs Refuse to be Enemies” (“Yəhudi və Ərəblər düşmənçilikdən imtina edir”) adlı aksiya keçiriblər. Bu səbəbdən, internetdə 100-dən artıq yəhudi və ərəb bir-birlərinə sevgi nümayiş etdirməklə dünyanı bu münaqişəyə son qoymağa səsləyir.

Teleqraf.com publika.az-a istinadən yəhudi və ərəblərin tolerantlığını nümayiş etdirən ən təsirli fotoları təqdim edir.

Nikol Şelvlof ana və atasının onu öpdüyü yerdə çəkilmiş fotosunu paylaşaraq altından yazıb: “Mənim müsəlman anam yəhudi atamla ailə həyatı qurub. Mən sevgi və gülüş dolu ailədə böyümüşəm”.

Ari Z: “Mənim anam yəhudi, atam isə müsəlmandır. Mən özüm özümə qarşı necə düşmən ola bilərəm?”
Sara Lauren: “Mənim sevgilim livanlıdır, mənsə Kanada yəhudisiyəm. Biz sülhə səs veririk”.


Müəllif:
loading...