24 İyul 2014 19:23
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaxınlarda Sudanda ölüm cəzasına məhkum edilmiş Məryəm İbrahim ölkəsini tərk edib.


Teleqraf.com Ria.ru-ya istinadən xəbər verir ki, bir müddət əvvəl xristian kişiylə evləndiyi üçün dinsizlikdə ittiham edilərək ölüm hökmünə məhkum edilmiş Məryəm İbrahim əfv edildikdən sonra iki uşağı ilə birgə İtaliyaya gedib.

Məryəm həbsxanada dünyaya gələn qızını xaç suyuna salması üçün Papa Fransisklə görüşəcək. Daha sonra 27 yaşlı Məryəm ABŞ vətəndaşı olan həyat yoldaşı Daniel Vani ilə birgə Amerikaya yollanacaq.


Müəllif: