18 Sentyabr 2017 10:10
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təbrizin Səhənd stadionunda keçirilən “Traxtrur”-“Siyah Cameqan” qarşılaşması zamanı meydan sahiblərinin azarkeşlərinin şüarlar vasitəsi ilə qaldırdığı problem İran hökumətinin diqqətindən yayınmayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, qarşılaşma zamanı 30 min “Traxtur” tərəfdarı “Urmu gölü can verir – Məclis onun qətlinə fərman verir” şüarını səsləndiriblər.

Məlumatlara görə, İran parlamentinin sədri Əli Laricani Urmiyaya səfər edərək bir neçə azərbaycanlı millət vəkili ilə birlikdə Urmiya gölünə baxış keçirib.

Qeyd edək ki, Urmu gölünün canlandırılması ilə bağlı başda prezident Həsən Ruhani olmaqla ölkənin yüksək rütbəli şəxsləri davamlı olaraq vədlər verir, lakin göldə vəziyyət gün keçdikcə daha da pisləşir.


Müəllif: Samir

Oxşar xəbərlər