18 Sentyabr 2017 14:12
1 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın eks-prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukraynanın Mostiska şəhərinə yola düşüb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Saakaşvili şəxsi Feysbuk hesabında məlumat verib:

“Bu gün Mostiskada mənim Ukraynaya qayıtmağımla əlaqədar məhkəmə prosesi keçiriləcək. İndi məlumat aldım ki, proses saat 16:15-ə kimi təxirə salınıb. Görünür, onlar “əsrin cinayəti” ilə bağlı bütün sübutları toplaya bilməyiblər”.

Qeyd edək ki, Ukrayna Prezidenti Petro Poroşenko iyulun 26-da ABŞ-da səfərdə olan Saakaşvilinin Ukrayna vətəndaşlığından çıxarılması ilə bağlı qərar qəbul edib. Bundan sonra sabiq qubernator Ukraynaya qayıdacağını elan edib. Ötən həftə Saakaşvili Ukraynadakı tərəfdarları ilə birlikdə ölkə sərhədini keçib. Bu zaman sərhədçilərlə Saakaşvili tərəfdarları arasında toqquşmalar baş verib. Olaylar nəticəsində azı 16 sərhədçi yaralanıb.

Bununla əlaqədar Ukrayna Daxili İşlər Nazirliyi Saakaşviliyə qarşı cinayət işinin başlandığını bildirib.


Müəllif: Samir

Oxşar xəbərlər