İraqın Konstitusiya Məhkəməsi kürd müxtariyyatının keçirmək istədiyi referendumun təxirə salınması barədə qərar çıxarıb.
Teleqraf.com "CNN Türk"ə istinadən xəbər verir ki, məhkəmə bunu referendumun ölkə konstitusiyasına zidd olmasına dair şikayətlərlə əlaqələndirib. Məhkəmədən bildirilib ki, bu şikayətlər araşdırılana qədər referendumun təxirə salınmasına qərar verilib.
İraq Regional Kürd Muxtariyyətinin rəhbəri Nəçirvan Bərzani isə məhkəmənin bu qərarına dərhal reaksiya verib. O deyib:
"İndiyə qədər Kürdüstan bölgəsində refertndumun təxirə salınması ilə bağlı heç bir qərar olmayıb. Artıq Mərkəzi Referendum Komitəsi yaradılıb. Komitənin referendumla bağlı qərar verməsi lazımdır. Mövcud vəziyyətdə qərar isə 25 sentyabrda referendumun keçirilməsidir".
İraqın Baş naziri Heydər İbadi isə referendumun təxirə salınması barədə İraq Regional Kürd Muxtariyyətinə rəsmən müraciət edib.