25 İyul 2014 09:59
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz ötən gün axşam saatlarında körpə uşağın ölümü ilə nəticələnən yanğın hadisəsi qeydə alınıb.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın hadisəsi rayonun Qovlar qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan kürsülü birmərtəbəli 2 otaq, aynabənd və artırmadan ibarət evdə baş verib. Nəticədə, evin yanar konstruksiyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Kazımova Məsumə Kazım qızının yanmış cəsədi yanğınsöndürənlər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Yanğınsöndürənlər hadisə yerinə çatana qədər 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri ilə qonşular tərəfindən mərkəzi rayon xəstəxanasına aparılıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: