İran müstəqillik referendumu keçirməyi planlaşdıran İraq Kürdüstanına raket zərbələri endirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hücum zamanı Ərbil yaxınlığındakı 6 kənd hədəf götürülüb.
Hadisə nəticəsində ölən və ya xəsarət alanlarla bağlı heç bir məlumat verilmir.
Qeyd edək ki, sentyabrın 25-də İraq Kürdüstanında müstəqillik referendumu keçiriləcək.