25 Sentyabr 2017 08:05
997
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq türkmənləri Kürd Muxtariyyətinin bu gün keçirdiyi müstəqillik referendumuna qatılmamaq barədə qərar qəbul ediblər.

Teleqraf.com xəbər verir ki, İraq Türkmən cəbhəsinin başqanı və Kərkük millət vəkili Erşet Salihi keçirdiyi mətbuat konfransında bildirib ki, referendumun nəticələrini tanımayacaqlar.

"Heç bir türkmən seçkilərə getməyəcək. Bu gündən etibarən türkmənlərin təhlükəsizliyindən mərkəzi hökumət sorumludur. Vətəndaşlarımızı İraq hökuməti qorumalıdır. Kərkükdəki peşmərgə yalnız kürdləri qoruyur", deyə Erşet Sahili bildirib.


Müəllif: Ruslan