Türkiyənin bütün diqqəti bu gün İraqın quzeyinə yönəlib.
Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər veri ki, Məsud Bərzaninin dünyanı qarşısına alaraq, getdiyi müstəqillik referendumu başa çatıb. Elə bu anda iqtisadı embargo qorxusu yaşayan süleymaniyyəlilər bazar və yanacaqdoldurma məntəqələrinə axışıb. Onlar ehtiyat üçün qida və yanacaq tədarük edirlər. Yerli hakimiyyət orqanları Süleymaniyədə ilk dəfə belə vəziyyət yarandığını bildirirlər.