26 Sentyabr 2017 15:43
4 119
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:01

Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Füzuli Tanrıverdiyevin sosial şəbəkələrdə İraq Kürdüstanında keçirilən müstəqillik referendumunu dəstəkləyən fotolar paylaşması məsələsi araşdırılır. Bu məsələ nəzarətdədir.

Hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, şöbə müdirinin əməlində qanun pozuntusu müəyyən ediləcəyi təqdirdə məsələyə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, Füzuli Tanriverdiyev özünün Feysbuk səhifəsində İraq Kürdüstanının müstəqilliyini dəstəklədiyini bildirib, Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin fotolarını paylaşıb.

Teleqraf.com Füzuli Tanrıverdiyevin öz Fesbuk hesabından paylaşdığı və skrin edilmiş fotoları təqdim edir.

***

F. Tanrıverdiyev Qafqazinfo-ya açıqlamasında fotoları paylaşması, referendumu dəstəkləməsinin səbəbi haqqında heç nə deməyib:

“Mən lazım olsa, bu barədə danışa bilərəm. Amma hələ ki bu barədə heç nə deyə bilmərəm. Əgər rəsmi qaydada açıqlama tələb olunsa, danışacağam”.

Haqqında başlayan araşdırma və işdən çıxarılacağı haqda xəbərlərə isə F. Tanrıverdiyev belə cavab verib:

“Dövlətimiz mənə etimad göstərib, bu işə təyin olunmuşam. Əgər bu etimadı əməlimdə doğrultmamışamsa, dövlətə və dövlətçiliyimizə qarşı yanlışlığa yol vermişəmsə, bu zaman işdən çıxarıla bilərəm. Başqa heç nə ola bilməz. Kiminsə mənlə qəsd-qərəzliyi yoxdur. Mənim də heç kimlə qərəzim yoxdur”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər