Bu gün Azad Azərbaycan Telekanalının rəhbəri təyin olunan Azər Xəlilov kimdir? Əvvəllər harda işləyib? Hansı fəaliyyətləri var?
Teleqraf.com tanınmış jurnalistin tərcümeyi-halını təqdim edir.
Azər Nəriman oğlu Xəlillov Bakıda doğulub. Paytaxtdakı 134 saylı məktəbdə orta təhsil, Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsində ali təhsil alıb. Uzun müddət Azərbaycan mediasında fəaliyyət göstərib. 1990-cı ildən Böyük Britaniyanın nüfuzlu BBC teleradiokompaniyasında işə başlayıb. 2001-ci ildən etibarən BBC-Azərbaycan Xidmətinə rəhbərlik edib. Uzun illər Birləşmiş Krallığın paytaxtı Londonda – BBC-nin mərkəzi ofisində, həmçinin Bakıda çalışıb. 2012-ci ildə BBC-dəki işinə son verib. O, həmin il yaradılan "ATV International" televiziyasına rəhbərlik etməyə başlayıb. İki il bu vəzifəni icra etdikdən sonra – 2013-cü il aprelin 10-dan "ATV International"ın bazası əsasında yaradılan CBC (Caspian International Broadcasting Company) telekanalına rəhbərlik etməyə başlayıb.
A.Xəlilov Prezident İlham Əliyevin 20 iyul 2015-ci ildə imzaladığı "Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri əməkdaşlarına fəxri adların verilməsi haqqında" sərəncamı ilə əməkdar jurnalist fəxri adına layiq görülüb.
Peşəkar jurnalist bu gündən etibarən ATV telekanlına rəhbərlik etməyə başlayıb.