Türkiyə aviaşirkətləri cümə günündən etibarən İraq Kürdüstana təyyarə reyslərini dayandıracaq.
Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Ərbildəki konsulluğunun bəyanatında bildirilir.
"İraq mülki aviasiya idarəsinin əmrinə əsasən, Turkish Airlines, Atlas Global və Pegasus Türkiyədən Ərbil və Süleymaniyyəyə, eləcə də geriyə uçuşları dayandırır", - bəyanatda deyilir.