25 İyul 2014 17:00
1 681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqanlı açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, GAMOH lideri bütün millətçi-hərəkatçı aktivistləri Kərkükə döyüşməyə çağırıb.

Açıqlamada deyilir: “Bölgəmizin ne qədər həssas və kritik bir durumda olduğu məlumdur.

Qonşuluğumuzda yaşayan doğma qardaşlarımızın (Qərbi və Şərqi Türkməneli, Suriyə ve İraq türkmənləri) vətənlərı, millətləri və milliyətləri, şərəf və namusları ağır təhlükə altındadır. Onlar aylardır bağıraraq qardaşlarından yardım və imdad tələbindədirlər.

Azca uzaqgörənliyimiz olsa bu gün doğma qardaşlarımızın başına gələn müsibətlər çok yaxın gələcəkdə bizim də başımıza gələ bilər və hətta gələcək. Ona görə bölgəmizdə (Orta Şərq) türklər məzhəb ayrı-seçkiliyi etmədən bir ailədə doğulmuş qardaşlar kimi birləşmək zorundadırlar. Türkün türkdən başqa dostu yoxdur, buna hamımız gec olmadan inanmalıyıq).

Dolayısıla, bu şüarı her zaman söylemeliyik: Bir olaq, iri olaq, diri olaq və güc birlikden doğar, zəfər də gücdən. Haydı bölgəmizdə bütün Oğuz Türk boyları birleşməyə doğru!

Men bir Azərbaycanlı Türk əsgəri olaraq bütün mənə quqlaq asıb sözümü dinləyən aktivistlərden aşağıdakı tələblərə əməl etməyi istəyirəm:

1) Elimli və barışcıl vəziyyətdə olaraq milli oyanış hərəkətini İran adlanan ölkenin bütün bölgələrinde sürdürməyə davam etməliyik.

2) İran rejiminin ortaq düşmənimiz İŞİD ilə savaş halında olduğunu göz önündə tutaraq keçici olaraq enerjisinin və gücünün tamamını o cəbhəyə axtarmasına imkan vermeliyik.
Bildiyiniz kimi Amerika və İran dövlətləri bir-biriylə şiddətli düşmən olmalarına rəğmən Əfqanıstan və İraqda Taliban və Səddam əleyhinə keçici olaraq işbirliyi yapıb və ortaq düşmənlərini ortadan qaldırıblar. İndiki durumda biz də bu təcrübə və yöntəmdən yararlanmalıyıq.

3) 18-60 yaş arası bütün milliyətçilərdən istənilir ki kiçik quruplar halında əsgəri qaydaları göz önünə alaraq təşkilatlansınlar. Təbii ki imkanlarımız daxilində əsgəri ehtiyaclarımızı da əldə etməklə bütün mümkün vasitələrdən yararlanmalıyıq.

4) Yaxın gələcəkdə hazır olan tuqaylarımız (əsgəri birlik) başlanğıc olaraq doğma qardaşlarımızın vətəni sayılan İraq Türkmən bölgəsinə göndəriləcəklər.
Təbii ki, mən də bir millətçi türk əsgəri olaraq heç şübhəsiz qardaşlarımızla birlikdə olacağım. Yaxın gələcəkdə zəfər bizimlədir”.

Səxavət


Müəllif: