16:35
Rəsmi Tehran İran şirkətlərinin İraq Kürdüstanı ilə neft və neft məhsulları üzrə ticarət etməsini müvəqqəti olaraq qadağan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin sondakika.com saytı xəbər yayıb.
Qeyd edək ki, ixracı əsasən neft və neft məhsullarından ibarət olan İraq Kürdüstanının İranın bu qadağasından ciddi əziyyət çəkəcəyi ehtimal edilir.
Xəbər yenilənir, detallar bir azdan sayta yerləşdiriləcək.
***
Türkiyə ilə birgə müstəqillik referendumuna ən sərt təpki verən ölkə olan İran səsvermədən sonra küçələrə çıxaraq bayram edənləri peşman edib. Belə ki, qələbəni qeyd edən çoxlu sayda insan həbs edilib.
İran kəşfiyyatı və polis əməkdaşları ilk hədəf olaraq tədbirin təşkilatçılarını yaxalayıblar. Kəşfiyyat və polis əməkdaşlarının tədbirlərin videogörüntülərini incələyərək hərəkətə keçdikləri bildirilir. Yerli mənbələr ən azı 27 nəfərin saxlanıldığını bildiriblər. Bölgədə internet və mobil rabitənin kəsildiyi də qeyd olunur.
Referenduma bir neçə saat qalmış sərhəddəki bəzi hədəfləri bombardman edən İran hazırda sərhəd yaxınlığında təlim keçirir. Təlimlərə İran İnqilab Keşikçiləri Korpusu və ordu birləşmələri qatılıb.