30 Sentyabr 2017 00:33
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Kürdüstanında keçirilən referendum birtərəfli və qeyri-legitimdir, ABŞ onun nəticələrini tanımır və bütün tərəfləri zorakılıqdan çəkinməyə çağırır.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın xarici siyasət idarəsinin rəhbəri Reks Tillersonun bəyanatında bildirilir.

"Birləşmiş Ştatlar İraq Kürdüstanında bazar ertəsi keçirilən təktərəfli referendumu tanımır və nəticələri legitim hesab etmir. Birləşmiş, federal, demokratik İraqı dəstəkləməkdə davam edəcəyik,- deyə o qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər