BMT baş katibinin sözçüsü Stepan Dujarrik İraqın unitar quruluşu, suverenlik və ərazi bütövlüyünə hörmətlə yanaşdıqlarını bildirib.
Teleqraf.com xəbər verir ki, Dujarrik mətbuat konfransında İraq Kürdüstanındakı referendum və onun nəticələrini yaxından izlədiklərini, tərəflərə yardım etməyə hazır olduqlarını bildirib.
İraqın unitar quruluşu, suverenlik və ərazi bütövlüyünə sayqı duyduqlarını bəyan edən BMT rəsmisi eyni zamanda İKBY-nin xalqın qorunması ilə bağlı verdiyi sözdən məmnun olduqlarını dilə gətirib.