30 Sentyabr 2017 15:54
1 715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali İraq Kürd Muxtariyyətinə ən çox dəstəyi biz verdik. Əlimizdə olan imkanları onlarla bölüşdük. Zaman gəldi, dost bildiyimiz ölkələri onlar üçün əleyhimizdə gördük.

Teleqraf.com-un məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ərzurumdakı toplantıda deyib.

Ərdoğan sözünə belə davam edib: "Yeganə istəyimiz İraqın ərazi bütövlüyüdür. Keçmişdəki əməlimizə görə peşiman deyilik. Şimali İraq bizə qarşı addım atdı, bunun bədəlini ödəyəcək".

Rəcəb Tayyib Ərdoğan İraq Kürdüstanı rəhbərlərinin Mossadla əlaqələrinə də toxunub: "İsrail bayraqları ilə dolaşmaları bizi üzdü. Bu rəhbərliyin Mossadla əlaqələri üzə çıxdı".

Türkiyə prezidenti Kərkükü mübahisəli ərazi adlandırıb: "Kərkük beynəlxalq hüquqla mübahisəli ərazidir. Bunlar (Şimali İraq Kürd Muxariyyətinin rəhbərləri nəzərdə tutulur-red.) bizimdi deyir. Kərkükün keçmişində siz olmamısız".


Müəllif: Mahir

Oxşar xəbərlər